Karib dənizində yüngül mühərrikli təyyarə qəzaya uğrayıb, 4 nəfər ölüb.
Teleqraf.com-un məlumatına görə, bu barədə Fransanın Qvadelupa prefekturası bildirib.
Məlumata əsasən, "Piper" adlı təyyarə fevralın 17-i Dominika adasında Çarlz-Duqlas hava limanından Qvadelupaya doğru yola çıxıb.
Təyyarə havaya qalxdıqdan bir müddət sonra adanın sahillərində dənizə çırpılıb.
Təyyarədə ər-arvad, onların 16 yaşlı oğlu və 40 yaşlı kişi olub. Onlar hamısı Fransa vətəndaşları idi.