26 Fevral 12:17
2 375

“Baş nazir Nikol Paşinyan Ermənistan Milli Təhlükəsizlik Xidmətinə siyasi şəxslərin telefon danışıqlarının dinlənilməsi üçün göstəriş verib”.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanda nəşr olunan “Past” qəzeti məlumat yayıb.

Nəşrin iddiasına görə, Nikol Paşinyan telefon danışıqlarını nəzarətdə saxlayan mütəxəssislərin sayını əhəmiyyətli dərəcədə artıran Milli Təhlükəsizlik Xidmətinə bu yöndə fəaliyyətini gücləndirməyi tapşırıb:

“Baş nazir təhlükəsizlik xidmətinə gizli dinləmələrin həyata keçirilməsi üçün xüsusi bölmənin yaradılması göstərişini də verib. Əldə etdiyimiz məlumata görə, təkcə Ermənistanın Baş nazirini tənqid edənlər deyil, onların ailə üzvləri və qohumları dinləmələrə məruz qalır.

Hüquq-mühafizə sistemindəki bir mənbənin sözlərinə görə, bu, Ermənistanda misli görünməmiş haldır, heç vaxt bir dövlət başçısı belə bir addım atmayıb. Başqa sözlə, Ermənistan Milli Təhlükəsizlik Xidməti resurslarının böyük bir hissəsi Paşinyanın müxaliflərini izləmək üçün cəmləşdirilib”.


Müəllif: Mənsur Rəğbətoğlu