Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının üzvləri ilə birlikdə İdlibdəki vəziyyəti müzakirə edib.
Teleqraf.com xəbər verir ki, bunu Kremlin mətbuat xidməti Dmitri Peskov deyib.
Onun sözlərinə görə, Təhlükəsizlik Şurasının üzvləri Suriyanın şimalında vəziyyətin kəskin dəyişməsindən çox ciddi narahatlıqlarını bildiriblər.
“İclasda qeyd olunub ki, Türkiyə hərbçiləri İdlibdə müşahidə məntəqələrindən kənar ərazidə həlak olub. Bu postlarda bir dənə də olsun türk əsgəri həlak olmayıb, təhlükə ilə üz-üzə qalmayıb. Türk hərbçilərinin faciəli ölümləri terrorçu dəstələrin hücum əməliyyatlarını keçirdiyi ərazilərdə baş verib. Dəfələrlə etdiyimiz müraciətlərə baxmayaraq, Türkiyə tərəfi orada türk hərbçilərinin olması barədə məlumat verməyib”.
"Türk əsgərləri müşahidə nöqtəsini tərk etməməli idi. Müşahidə nöqtəsində əsgərlərin təhlükəsizliyi üçün Rusiya əlindən gələni etdi. Türkiyənin ölkədə olan Rusiya vətəndaşları və diplomatik nümayəndəlikləri qorumaq üçün hər şeyi edəcəyinə ümid edirik", - Putin iclasda qeyd edib.