Fransa Covid-19 pandemiyasının 3-cü mərhələsində olsa da, bu gün yerli vaxtla səhər saat 08:00-də ölkədə bələdiyyə seçkilərinə start verilib.
Teleqraf.com xəbər verir ki, Fransada bələdiyyə seçkilərinin birinci turunda 20 min 765 siyahı üzrə 902 465 namizəd qeydə alınıb. Namizəd qeydə alınmayan 106 kommunada seçkilər keçirilməyəcək.
Seçki məntəqələrində Covid-19 pandemiyasına qarşı bütün tədbirlər görülüb.
Qeyd edək ki, Fransa Baş naziri Eduard Filip yeni növ koronavirusla əlaqədar martın 15-i yerli vaxtla saat 00:00-dan etibarən bütün ölkə ərazisində karantin elan edib.