3 Aprel 2020 12:17
782
12 Punto 14 Punto 16 Punto 18 Punto

Afrikada olan rus turistlər koronavirus səbəbindən öz ölkələrinə qayıda bilmirlər.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, koronavirus səbəbindən hazırda 10 minlərlə Rusiya vətəndaşları fərqli-fərqli ölkələrdə qalıblar.

Bir qrup rus turisti isə hazırda Afrikada köməksiz durumdadır. Zanzibara istirahət məqsədi ilə gedən turistlərin Rusiya hakimiyyətindən köməklik istəməsi üslubu isə diqqət çəkən olub.

Rus turistlər dəniz sahilində qumun üzərinə “Xəbərdarlıq: Moskva bizi evimizə qaytar” yazaraq bunun görüntüsünü sosial şəbəkələrdə paylaşıb.


Müəllif: Cavad

Oxşar xəbərlər