Moskvada koronavirusdan daha 4 nəfər dünyasını dəyişib.
Teleqraf.com xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Bildirilib ki, ölənlərdən biri 34, digərləri isə 80-86 yaş aralığındadır.
Hər 4 xəstədə koronavirus infeksiyası ilə yanaşı digər xəstəliklərin də olduğu bildirilib.
Qeyd edək ki, Rusiyada 4149 koronavirusa yoluxma halı qeydə alınıb ki, onlardan da 300-ü artıq sağalıb.