Türkiyədə son 24 saat ərzində daha 76 nəfər yeni növ koronavirusdan (COVİD-19) vəfat edib.
Teleqraf.com-un məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca öz "Twitter" səhifəsində yazıb.
Onun sözlərinə görə, koronavirus qurbanlarının ümumi sayı 725 nəfərə çatıb.
Nazir bildirib ki, ölkədə 3892 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 34109 nəfərə çatıb.