8 Aprel 2020 17:52
4 678
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin limon ixracatını məhdudlaşdırması barədə qərarına Rusiyadan kritik açıqlama verilib.

Teleqraf.com xəbər verir ki, Rusiya Kənd Təsərrüfatı Nazirliyi limon tədarükündə Türkiyənin yerini başqa ölkələrin tuta biləcəyini açıqlayıb.

Nazirlik Türkiyənin avqustun sonuna qədər limon ixracatına məhdudiyyətin problem yaratmayacağı barədə məlumat yayıb:

"Limon tədarükü ticarət əlaqələrimiz olan digər ölkələrdən də edilə bilər. Məsələn, Argentina, Braziliya və Cənubi Afrika ölkələrindən”.

Qeyd edək ki, Rusiyanın idxal etdiyi limonun 45 faizi Türkiyənin payına düşür.


Müəllif: Nərgiz