“Səudiyyə Ərəbistanı ABŞ-a neft savaşı elan edib. Buna görə də. Prezident Donald Tramp Səudiyyə Ərəbistanındakı Amerika hərbi qüvvələri və “Patriot” raket sistemlərini geri çəkməlidir”.
Teleqraf.com xəbər verir ki, bunu amerikalı konqresmen Kebin Qramer deyib.
“Yeni növ koronavirus ABŞ-ın neft şirkətlərini çətin vəziyyətdə qoyub. Amma hələ də, dünya bazarlarında neftə olan tələbatın azalmasında payı olan Səudiyyə Ərəbistanının Amerika bazarlarına asan girməsinə icazə veririk”, - Qramer qeyd edib.
Senator Səudiyyə Ərəbistanının ABŞ-a göndərdiyi neftə gömrük rüsumu tətbiq edilməsinin vacib olduğunu bildirib. O, bundan başqa, Prezident Trampdan Səudiyyədəki Amerika hərbi qüvvələri və “Patriot” sistemlərini geri çəkməyi tələb edib.
Bundan əvvəl ABŞ Konqresinin 48 üzvü Səudiyyə şahzadəsi Məhəmməd bin Salmana məktub yazaraq, ölkəsinin dünyanın neft bazarlarına zərər vurmağı dayandırmağa və sabitliyi təmin etmək üçün hərəkətə keçməyə çağırıb.