Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində daha iki nəfər koronavirus infeksiyasına yoluxub.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Beləliklə, işğal bölgəsində koronavirusa yoluxma hallarının sayı 40-a çatıb.
Aprelin 12-də Qarabağda tətbiq edilən fövqəladə vəziyyət rejimi iyunun 11-də başa çatacaq.