Tailand kralı Pxumipxon Adulyadetu cərrah bıçağı altına düşüb.
Onun öd kisəsi çıxarılıb. Bu barədə Reuters məlumat yayıb.
Məlumatda qeyd olunur ki, əməliyyat uğurlu olub. Hazırda kralın vəziyyəti stabil qiymətləndirilir.
Oktyabrın 3-də monarx yüksək hərarət və qan təzyiqi ilə xəstəxanaya yerləşdirilmişdi. Qan analizi iltihab olduğunu göstərmişdi.
Qeyd edək ki, kral Pxumipxon Adulyadetu 1946-cı ildə taxta çıxıb. O dünyada olmuş bütün monarxlardan daha çox hakimiyyətdə qalıb./milli.az/