18 İyun 2020 13:48
1 503
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Avropa İttifaqı Çinə qarşı vahid siyasət yürütməli, öz maraqlarını Pekinə çatdırmaq üçün bir ağızla danışmalıdır”.

Teleqraf.com xəbər verir ki, bunu Almaniya Kansleri Angela Merkel deyib.

“Çinin strateji tərəfdaşı məsələsi ilə əlaqədar, Avropa İttifaqının 27 iştirakçı ölkəsinin bir səslə danışması vacibdir. Yeganə yol budur ki, biz, birlikdə Avropa dəyərləri və maraqları çərçivəsində eyni ağızla danışmalıyıq”, - kansler bildirib.

Merkel qeyd edib ki, Almaniyanın Aİ-yə sədrliyi dönəmində Avropanın Çinlə münasibətləri əsas mövzu olacaq:

“Sentyabrın 14-də Leypsiqdə keçirilməsi planlaşdırılan Aİ-Çin sammitinin koronavirus pandemiyası səbəbindən təxirə salınması qərarı bizim üçün asan olmadı. Əminəm ki, Avropa Şurasının sədri Şarl Mişel və Çin rəhbəri Si Tszinpinin iştirakı ilə bu görüş daha uyğun vaxtda baş tutacaq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər