Hazırda 10 yaralı erməni əsgəri müalicə alır, birinin vəziyyəti ağırdır
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda qeyd edilib ki, Ermənistan-Azərbaycan dövlət sərhədinin şimal-şərq hissəsində aparılan əməliyyatlar zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan 10 hərbi qulluqçu müalicə alır. Bir əsgərin vəziyyəti ağırdır.
Xatırladaq ki, Müdafiə Nazirliyinin keçmiş mətbuat katibi, bu qurumun informasiya mərkəzinin koordinatoru Artsrun Hovhannisyan erməni tərəfdən yaralananların sayı ilə bağlı suala cavab verməkdə çətinlik çəkib.
Onun sözlərinə görə, gərginlik azalıb.