20 İyul 2020 10:42
6 165
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə ilə Şərqi Aralıq dənizində girdiyi qarşıdurmada uduzan Yunanıstan Avropa Birliyindən (AB) rəsmi Ankaraya qarşı sanksiya çıxara bilmədiyini gördükdən sonra üçüncü cəhdə əl atıb.

Teleqraf.com xəbər verir ki, Ayasofya qərarından sonra hər gün Türkiyəni tənqid edən Yunanıstan daha bir anti-Türkiyə addımı atıb.

Yunanıstanın Baş naziri Kiryakos Miçotakis ilə Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı baş tutub. Xəbərə görə, Afina və Paris rəhbərliyi son model Belh@arra adlı iki gəminin Fransadan alınmasını müzakirə edib. Hərbi gəmilərin 2024-cü ildə Afinaya təqdim ediləcəyi bildirilir.

Digər xəbərə görə, Yunanıstan 4 ədəd Meko model gəmilərini moderinaziyası etmək qərarını verib. Moderinaziya ABŞ-ın məşhur Lockheed Martini şirkəti həyata keçirəcək. Bunun üçün 4 milyard dollar xərclənəcək.


Müəllif: Cavad

Oxşar xəbərlər