27 İyul 2020 22:56
2 041
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Dövlət Departamentinin İran üzrə xüsusi işçi qrupunun rəhbəri Brayan Huk rəsmi Tehrana qarşı qəbul edilmiş silah embarqosunun ləğvinin Suriya və digər bölgələrdə davam edən müharibələri daha da şiddətləndirəcəyini deyib.

Teleqraf.com xəbər verir ki, dövlət rəsmisi İranın BMT Təhlükəsizlik Şurası tərəfindən tətbiq edilən embarqonu dəfələrlə pozduğunu və buna davam etdiyini bildirib.

Sözügedən sanksiyaların sona çatmasının Yaxın Şərqdə sülh və təhlükəsizliyə daha böyük zərbə vuracağını deyən diplomat, heç kimin İran rejiminin müasir silahlar alıb-satmasına müsbət yanaşmadığını söyləyib.

Qeyd edək ki, BMT TŞ-ın İrana qarşı qəbul etdiyi silah embarqosu bu ilin oktyabr ayında başa çatır. ABŞ bir müddətdir ki, qadağanın qüvvədə qalması üçün diplomatik səylər göstərir.


Müəllif: Mənsur Rəğbətoğlu