2 Avqust 2020 08:44
866
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Tramp "İsayya" qasırğasının yaxınlaşmasına görə Florida ştatında fövqəladə vəziyyət rejimini elan edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Fövqəladə İdarəetmə üzrə Federal Agentlik fövqəladə vəziyyətin fəsadlarının yumşaldılması üçün avadanlıq və resurslarını səfərbər edə bilər.


Müəllif: Teleqraf.com