13 Avqust 2020 10:45
1 574
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Baş naziri Mixail Mişustin hökumət başçısı qismində Uzaq Şərq federal dairəsinə işgüzar səfəri çərçivəsində Çukot muxtar dairəsinin (qeyri-rəsmi Çukotka) inzibati mərkəzi Anadırda yerləşən dairə xəstəxanasına baş çəkib.

Teleqraf.com xəbər verir ki, xəstəxananı ziyarət çərçivəsində Baş nazir MRT (maqnit-rezonans tomoqrafiyası) kabinetinə daxil olmaq istəyib.

Ancaq onun kabinetə girişi qadağan olunub. Bununla bağlı video Kremlin Telegram-kanalında yayımlanıb.

Kadrlarda Baş nazirin kabinetə daxil olmağa başladığı, onu jurnalistlərin izlədiyi, ancaq onların qapının girişində dayandırıldıqları görünür. Bu an onun üstünə qışqırırlar: “Olmaz, olmaz, olmaz, aparatlarla daxil olmayın”.

Sonra Mişustindən çıxmaq xahiş olunur.

“Budur, peşəkarlar, dərhal görünür”, – deyə baş nazir situasiyanı şərh edib.

Qeyd dək ki, bu, Mişustinin hökumətin sədri qismində Uzaq Şərqə ilk işgüzar səfəridir. O, Anadıra avqustun 13-də gəlib. Orada bir neçə müəssisəyə baş çəkəcək, onların əməkdaşları ilə söhbət edəcək və Çukot muxtar dairəsinin qubernatoru Roman Kopin ilə görüş keçirəcək. Səfər avqustun 18-dək davam edəcək.


Müəllif: Səxavət

Oxşar xəbərlər