Ukrayna Prezidenti Vladimir Zelenski COVID-19 ilə əlaqəli karantin məhdudiyyətlərinin müzakirə edildiyi konfransda, daxili siyasi vəziyyətlə əlaqədar Belarus vətəndaşları üçün ölkəyə giriş şərtlərini asanlaşdırmağı təklif edib.
Teleqraf.com xəbər verir ki, o, hazırkı durumda Belarus vətəndaşlarına ölkəyə girişin qadağan edilməsinin doğru olmadığını bildirib.
“Xüsusilə onlarda yaranan gərgin daxili siyasi vəziyyəti nəzərə alsaq, belarusların ölkəyə girməsini necə qadağan edə bilərik? Düşünürəm ki, belarusların ölkəmizə sərbəst gəlməsi üçün asan şərtləri əvvəlcədən müəyyənləşdirmək lazımdır”, - Zelenski qeyd edib.