15 Sentyabr 2020 13:19
1 123
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vaşinqton Pekini Sincanda yaşayan uyğur türklərini zorla işləməyə məcbur etməklə insan haqlarını pozmaqdan ittiham edib. Buna cavab olaraq Çindən gələn bəzi mallara məhdudiyyət tətbiq edib.

Teleqraf.com xəbər verir ki, Çinin “ölkənin təhlükəsizliyinə təhdid” bəhanəsi ilə bir milyondan çox uyğur türkünü həbs edərək düşərgələrə göndərdiyi güman olunur.

ABŞ bu düşərgələrdə saxlanılan insanların zorla işə cəlb edildiyini bildirir.

Daxili təhlükəsizlik nazirinin səlahiyyətlərini icra edən Ken Kuççinelli bildirib ki, insan haqlarının bu şəkildə pozulmasına cavab vermək lazımdır. Onun fikrincə, bu, modern köləlik deməkdir.

Pekin isə düşərgələrdə saxladığı insanlara peşə təhsili və təcrübə verdiyini, bunun terrorizmlə mübarizədə vacib addım olduğunu bəyan edir.

Qeyd edək ki, Çin dünyada pambığa tələbatın 20 faizini ödəyir. Bunun böyük hissəsi isə Sincandan gəlir. Bölgə eyni zamanda Çin fabriklərində emal olunan neft-kimya məhsulları üçün əsas qaynaqdır.


Müəllif: Cavad