15 Oktyabr 2014 23:41
767
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çərşənbə günü Praqada kibernetika təhlükəsizliyi məsələlərinə həsr olunmuş və “Future Forces” Beynəlxalq sərgi layihəsinin tərkib hissəsi olan üçgünlük “Future Forces” Beynəlxalq konfransı açılır.

Dünyanın hər yerindən gəlmiş ekspertlər Letnyanı Sərgi Mərkəzində bu sahədə mövcud olan cari və gələcək təhlükələri, habelə kibercinayətkarlığa qarşı mübarizədə beynəlxalq əməkdaşlıq imkanlarını müzakirə edəcəklər. Bu yaxınlarda NATO Hərbi Komitəsinin rəhbəri seçilmiş Çexiya Ordusu Baş qərargahının rəisi Pyotr Pavel və ABŞ, Böyük Britaniya, Bosniya və Herseqovina, Macarıstan, Polşa və Almaniyadan gəlmiş bir sıra mütəxəssislər məruzələr edəcəklər. Konfransda Aİ-nin, NATO-nun, İnterpolun və Avropolun rəsmi nümayəndə heyətləri iştirak edəcəklər.

Avropa kibernetika təhlükəsizliyi ayı çərçivəsində Çexiyanın polis işçiləri və dövlət idarələri mütəxəssislərinin iştirakı ilə ölkənin paytaxtında xakerliklə bağlı problemlərin profilaktikasına və həllinə yönəldilmiş “Kyberpsycho” konfransı da keçiriləcəkdir.


Müəllif:

Oxşar xəbərlər