Səudiyyə Ərəbistanı Türkiyənin İzmir şəhərində baş verən zəlzələ zamanı zərər çəkənlərə tibbi və humanitar yardım göndərəcək.
Teleqraf.com xəbər verir ki, yardım Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləzizin təlimatı ilə baş tutacaq.
Səudiyyə Xarici İşlər Nazirliyindən verilən açıqlamada bildirilib:
“Egey dənizində baş verən və İsmirdə ağır zərərə yol açan zəlzələdən sonra Kral Salman bin Əbdüləziz təbii fəlakətdən zərər çəkən qardaşlarımıza tibbi və humanitar yardım göndərmək üçün aidiyyəti qurumlara təlimat verib.
Kral Salman bu köməyi ilə qardaş türk xalqının yanında olmağı, can və mal itkisinə səbəb olan zəlzələnin təsirlərini azaltmağı hədəfləyir”.