10 Noyabr 2020 19:55
8 367
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident seçiləcəyi təqdirdə Türkiyədə hakimiyyət dəyişikliyi üçün çalışacağını söyləyən Co Bayden illər əvvəl eyni ifadələri Bülənt Ecevit üçün də səsləndirmişdi.

Baydenin “Bizə möhtacsınız”, ittihamına qarşı Ecevit “Senator, yunan lobbisinin militanı” cavabını vermişdi.

Teleqraf.com xəbər verir ki, seçkilərdən əvvəl “Nyu-York Tayms”a müsahibə verən Bayden Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı devirəcəyini demişdi.

Bu, ABŞ-ın yeni prezidentinin Türkiyəyə yönəlik ilk belə ifadəsi deyil.
Bill Klinton hökuməti dönəmində Demokratlar Partiyasından namizəd olan Co Bayden 1999-cu ildə Türkiyənin mərhum baş naziri Bülənt Ecevit və dönəmin xarici işlər naziri İsmayıl Cemlə Vaşinqtonda görüşmüşdü.

ABŞ Senatında çıxış edən Bayden Ecevitin sözünü kəsərək, ona qarşı nəzakətsizlik etmişdi: “ABŞ-a möhtacsınız. Amma ABŞ-ın Türkiyəyə ehtiyacı yoxdur. Kreditə ehtiyacınızın olduğunu da bilirəm. Kipr məsələsini həll edin, tələbləri yerinə yetirin, sizə kömək edək. Əks halda, heç nə əldə etməyəcəksiniz”.

Bayden bundan sonra çıxışına davam edən Ecevitin sözünü növbəti dəfə kəsmişdi: “Rauf Denktaşı öz inadından döndərdin. Problem yaradan odur. Siz hesab edirsiniz ki, Kipr məsələsi həll olunub?”.

Ecevit isə Kipr məsələsinin 1974-cü ildə həll olunduğunu bildirmişdi.
Ecevitin Türkiyəyə qayıtdıqdan sonra Bayden və onu dəstəkləyən senator Paul Sarbonla bağlı fikirləri belə olacaqdı: “Bu iki nəfərin yersiz mövqeyinin Nümayəndələr Palatasının fikri olduğunu düşünmürəm. Bu iki nəfər onsuz da, yunan lobbisinin sözçüsü, militanıdır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər