Gürcüstanda daha bir nazir də - ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri Levan Davitaşvili koronavirusa yoluxub.
Teleqraf.com-un məlumatına görə, L.Davitaşvili evdə müalicə olunur və o, özünü hazırda yaxşı hiss edir. Onunla təmasda olan bütün şəxslər özlərini təcrid ediblər.
Qeyd edək ki, bundan öncə ölkənin iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnavada da COVID-19 aşkarlanıb, təhsil naziri Mixeil Çxenkeli isə yoluxma şübhəsi ilə özünütəcridə keçib.