25 Noyabr 2020 15:36
6 312
12 Punto 14 Punto 16 Punto 18 Punto

Video əlavə olunub:

***

14:34

“Ölkəmizin dəstəyi sayəsində Azərbaycan ərazisi olan Qarabağdakı erməni işğalı ilk dəfə sona çatdı, daimi həllə olan ümidlər ilk dəfə artdı”.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Ölkəmizin dəstəyi sayəsində Azərbaycan ərazisi olan Qarabağda erməni işğalına ilk dəfə son verildi, daimi həllə olan ümidlər ilk dəfə artdı. Dünənə qədər görünməyən,hətta bu mövzuda erməniləri açıq şəkildə dəstəkləyən Minsk Qrupunun həmsədrlərinin heç bir dəyəri yoxdur.

Dünən axşam Rusiya Prezidenti Vladimir Putinlə bu məsələləri ətraflı müzakirə etmək imkanımız oldu. Bu görüşlə bu müddətdə hansı addımları ata biləcəyimiz barədə danışdıq. İnanıram ki, cənab Putinlə keçirdiyimiz bu görüşlərdə xüsusən Rusiya-Türkiyə-Azərbaycan olaraq bölgədə suveren sülh üçün addımları atdıq. Bunu daha da genişləndirmək və inkişaf etdirmək şansımız var. Bu genişləndirmə və inkişaf işləri ilə bağlı cənab Putinlə də danışdıq. Üç ölkə xaricində bölgədəki dövlətlərin arasından dördüncü və beşincisini bura daxil edərək, prosesi çox fərqli bir vəziyyətə gətirə bilərik.

Nəqliyyat məsələsinə gəldikdə, həm dəmir yolu, həm də quru yolu nöqtəsində Qərbdən Şərqə və Şimaldan Cənuba nəql prosesini həll edəcəyik və beləliklə, azərbaycanlı qardaşlarımızın ən qısa müddətdə öz torpaqlarına qayıtmasına imkan yaradacağıq”, - Türkiyə lideri bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu