13 Yanvar 2021 13:05
9 750
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bəşər Əsəd rejimi İsrailin Suriyanın Deyr əz-Zor vilayətindəki bəzi nöqtələrə hava zərbələri endirdiyini iddia edib.

Teleqraf.com xəbər verir ki, Suriyanın rəsmi SANA agentliyi İsrailin gecə saatlarında Deyr əz-Zorun mərkəzinə və şəhərin şərqindəki Əlbu Kamal bölgəsindəki bəzi mövqelərə hava zərbələri endirdiyini yazıb.

İnsan itkisi haqqında məlumat verilməyən xəbərdə hücumun nəticələrinin yoxlanıldığı bildirilib. Hələlik məsələ ilə bağlı İsrail tərəfindən heç bir açıqlama verilməyib.

Qeyd edək ki, Deyr əz-Zor və İraqla sərhəddə yerləşən Əlbu Kamalın şəhər mərkəzində rejim ordusu, habelə İran İnqilab Keşikçiləri (SEPAH) və onların dəstəklədikləri xarici terror qrupları sıx məskunlaşıb.

Əsəd rejimi İsrailin yanvarın 7-də Dəməşqin cənubuna, dekabrın 30-da isə paytaxtın qərbinə hava zərbələri endirdiyini açıqlamışdı.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər