13 Yanvar 2021 11:26
1 335
12 Punto 14 Punto 16 Punto 18 Punto

Somali əsilli Əhməd Hüseyn və əfqan Məryəm Monsefdən sonra Kanadada daha bir müsəlman nazir postuna təyin edilib.

Teleqraf.com xəbər verir ki, Kanada Baş naziri Castin Trüdonun sərəncamı ilə senator Ömər Əlqabra nəqliyyat naziri vəzifəsini tutub.

Səudiyyə Ərəbistanında anadan olan Ömər Əlqabra ailə, uşaq və sosial inkişaf naziri Əhməd Hüseyn və qadının statusu naziri Məryəm Monsefdən sonra kabinetə girən üçüncü müsəlman nazir olub.


Müəllif: Mənsur Rəğbətoğlu