UFC-nin “ulduz” döyüşçülərindən biri – irlandiyalı Konor Makqreqor ötən ilin sonlarında təqaüdə çıxan rusiyalı Həbib Nurməhəmmədovun məlum qərarı ilə əlaqədar verdiyi açıqlamada keçmiş rəqibinin ondan qorxduğunu iddia edib.
Teleqraf.com xəbər verir ki, Makqreqor avar kökənli rusiyalı döyüşçü haqda maraqlı açıqlamalar verib.
“Həbib Nurməhəmmədov yenidən mənimlə döyüşmək qorxusundan təqaüdə çıxdı. Mənimlə yenidən mübarizə aparmaqdan qorxduğunu düşünürəm. Buna tamamilə əminəm və onu günahlandırmıram. O gecə onunla ən yaxşı mən döyüşdüm, o da mənimlə pis döyüşdü”, - Makqreqor bildirib.
Qeyd edək ki, tərəflər arasında 2018-ci ildə baş tutan görüşdə Həbib Nurməhəmmədov qələbə qazanıb. Bundan sonra daha bir görüşdə qələbəyə imza atan Həbib atasının ölümündən sonra anasına verdiyi vədə əməl etdiyini və təqaüdə çıxdığını açıqlayıb.