19 Yanvar 2021 12:42
1 045
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yanvarın 6-da ABŞ Konqresindəki iğtişaşlar zamanı Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin laptopunu oğurlayaraq Rusiyaya satmağa çalışan qadın tutulub.

Teleqraf.com xəbər verir ki, bu barədə “The Hill” ölkənin Ədliyyə Nazirliyinin saytına istinadən məlumat verib.

Rayli Jun Uilyams Pensilvaniya ştatında həbs olunub. O, eyni zamanda Konqresin binasına zorla girməkdə və ictimai asayişi pozmaqda ittiham edilir.

Rayli Jun Uilyamsın Pelosinin noutbukunun oğurlanmasında iştirakının iğtişaşda iştirak edən bir şahid ifadəsindən məlum olduğu bildirilib. O, həmin qadının siyasətçinin kabinetindən computer və diskini götürdüyünü sübut edən videogörüntü olduğunu söyləyib.

Eyni zamanda, qadının oğurladığı malları Rusiya Xarici Kəşfiyyat Xidmətinə satmaq istədiyini iddia edib.


Müəllif: Mənsur Rəğbətoğlu