23 Yanvar 2021 23:03
406
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nigeriyanın cənub-şərqində qaz daşıyan avtomobil partlayıb.

Teleqraf.com-un məlumatına görə, partlayış Aqbor şəhərində yerləşən qaz doldurma məntəqəsində baş verib.

Məlumata əsasən, partlayış nəticəsində 30 nəfər həlak olub, 17 nəfər yaralanıb. Yaxınlıqda yerləşən bir neçə yaşayış evinə ciddi ziyan dəyib.

İnsidentlə bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com