23 Oktyabr 2014 21:02
1 271
12 Punto 14 Punto 16 Punto 18 Punto

Latviyada səfərdə olan Ərdoğan Kobanidə baş verənlərlə bağlı maraqlı açıqlama verib.

Teleqraf.com Axar.az-a isitnadən xəbər verir ki, Latviya Universitetində danışan Ərdoğan 200 min kobanilinin Türkiyəyə sığındığını bildirib.

Kobanidə sıravi vətəndaşların qalmadığını vurğulayan Ərdoğan yalnız 2 min PYD-linin (Demokratik Birlik Partiyası) Kobanidə qaldığını qeyd edib. Ərdoğan PYD-ni terror təşkilatı adlandırıb:

"Kobanidən 200 min adam Türkiyəyə gəldi. İçəridə vətəndaş qalmadı. 2 min PYD-li qaldı. Hal-hazırda içəridə İŞİD-lə döyüşürlər. Bunlar da terrorçu, onlar da. Mənim ölkəmdəki separatçı terror təşkilatı PKK ilə eynidir. Heç bir fərqləri yoxdur. PKK-nın suriyalı liderlərindən biri də bu an PYD tərəfində döyüşür".


Müəllif:

Oxşar xəbərlər