"PKK təşkilatının Suriyadakı qolu Demokratik Birlik Partiyası (PYD) terrorçu qrup deyil".
Teleqraf.com “Cihan” agentliyinə istinadən xəbər verir ki, bu fikirləri Amerikan Xarici İşlər Nazirliyinin sözçüsü Сen Psaki Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın fikirlərinə cavab olaraq səsləndirib: “PYD deyil, PKK terrorçu qrupdur”.
Psaki ABŞ-ın kürdlərə yardımına Ərdoğanın münasibətini də şərh edib: “ABŞ prezidenti Barak Obama və xarici işlər naziri Con Kerri bu məsələ ilə bağlı lazimi görüşlər keçirib. Görüşlər zamanı yardımın nədən ibarət olduğu və nə üçün göndərildiyi müttəfiq liderlərə çatdırılıb. Bu addım kürdlərə İraq Şam İslam Dövləti terror təşkilatı ilə mübarizədə kömək edəcək”.
Qeyd edək ki, Ərdoğan verdiyi açıqlamasında PYD-nin də bir terrorçu qrup olduğunu və kürdlərə edilən yardımın Türkiyə ilə razılaşdırılmadığını deyib.
Samir