1 Fevral 2021 15:10
671
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Dövlət Əmlakının İdarə Edilməsi Komitəsinin sədri Narek Babayan istefa verib.

Teleqraf.com xəbər verir ki, bu barədə Babayanın özü açıqlama verib.

O, infrastruktur naziri Suren Papikyanla münasibətlərinin gərginliyi səbəbindən istefa verməsi barədə məlumatı təkzib edib.

Qeyd edək ki, Narek Babayan bu posta 2018-ci ildə təyin edilmişdi. O, Ermənistan parlamenti sədrinin müavini Lena Nazaryanın həyat yoldaşıdır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər