24 Fevral 2021 09:44
750
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ federal məhkəməsi meksikalı narkotik baronu “El Çapo” ləqəbli Quzmanın 31 yaşındakı xanımının həbsdə qalması haqda hökm verib.

Teleqraf.com xəbər verir ki, 31 yaşlı Emma Koronel bazar ertəsi Dallas hava limanında saxlanılıb. Daha sonra məhkəmə qarşısına çıxarılan Koronel günahsız olduğunu iddia etsə də, hakim onun barəsində kifayət qədər faktlar olduğunu nəzərə alaraq həbs qərarı verib.

Quzmanın xanımının həbs edilməsindən sonra məhkəmə prosesin davam etdiriləcəyi açıqlanıb. Prokurorluq Emma Koronelin “Sinaloa” mafiyasının daxilində ciddi mövqeyə malik olduğunu və ərinin narkotik qaçaqmalçılığı işlərinə yardım etdiyini iddia edir. Narkotik baranonun xanımının ABŞ-a eroin, kokain və digər narkotik maddələr gətirdiyi iddia edilir.

Xatırladaq ki, dünyanın ən böyük narkotik şəbəkəsinin başçısı olan Quzman 2019-cu ildə ABŞ-da məhkəmə qarşısına çıxarılıb və barəsində ömürlük həbs qərarı verilib.


Müəllif: Cavad

Oxşar xəbərlər