İranlı general Qasım Süleymani kürd qüvvələri ilə birlikdə İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatına qarşı mübarizə aparır.
Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, yayılan məlumatlarda İran xüsusi qüvvələrinin komandanı Süleymani İraq ordusu ilə birlikdə keçirdiyi əməliyyatda İŞİD-in nəzarətində olan Bağdadın 60 kilometr cənub-qərbindəki Babilistan bölgəsinin Curf Əl Sakhar qəsəbəsini azad edib.
İran mətbuatında yayılan xəbərlərə görə, Aşura adlı əməliyyatda İŞİD-in 200 döyüşçüsü öldürülüb, 60-ı isə ağır yaralanıb.
Samir