5 Mart 2021 11:28
9 765
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Bolqarıstandakı səfiri Aylin Sekizkök Ermənistanın bu ölkədəki səfirliyinin açıqlamasına cavab verib.

Teleqraf.com xəbər verir ki, Ermənistan səfirliyi martın 3-də qeyd edilən Bolqarıstan Milli Günü ilə əlaqədar yaydığı açıqlamada “Türk əsarətindən qurtuluşunuzun ildönümünü təbrik edirik” ifadəsinə yer verilib.

Səfir Aylin Sekizkök Tvitter hesabındakı paylaşımında ermənilərin açıqlamasına bu sözlərlə cavab verib:

“Sofiyadakı Ermənistan səfirliyinə tövsiyəm budur: Türkiyə və Bolqarıstan NATO müttəfiqidir. Türklər və bolqarlar çətin anlarda bir-birinə dəstək olan qonşulardır. Davamlı olaraq. Tarixən mənfur münasibətləri daim təbliğ etmək əvəzinə sülhsevər olmağa çalışın”.

Sekizkök açıqlamasında Ermənistan səfirliyinə lazım olan cavabı verdiyini bildirb:

“Türkiyə və Bolqarıstan arasındakı münasibətlər hər sahədə yaxşı durumdadır. Münasibətlərimizi daha da inkişaf etdirmək üçün səy göstəririk. İki ölkə arasındakı bu dostluq, müttəfiqlik və bölgədə sabitliyə xidmət edən yanaşmalar, görünür, Ermənistan səfirliyini narahat edib. Ermənistan səfirliyi bu təhrikedici açıqlaması ilə bolqar dostlarımızla münasibətlərimizi zədələməyə çalışır. Ancaq buna nail olmadılar”.


Müəllif: Mənsur Rəğbətoğlu