10 Mart 2021 11:22
2 253
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İsrail Türkiyə ilə əməkdaşlığa hazırdır”.

Teleqraf.com xəbər verir ki, bunu İsrailin Energatika naziri Yuval Steynitz deyib.

Nazir Yunanıstan mətbuatına verdiyi açıqlamada Şərqi Aralıq dənizi Təbii Qaz Boru Kəməri Layihəsindən (Eastmed) danışıb.

O, sözügedən layihənin İsrail və Cənubi Kipr təbii qazının Avropaya çatdırılmasına imkan verəcəyini bildirib: “Bu layihə çox vacibdir. Dünyada ən uzun və ən dərin dəniz layihəsi olacaq. Bu layihə 5 il içində tamamlanacaq”.

Steynitz əvvəllər İsrail qazının Türkiyəyə ixracı barədə danışıqların aparıldığını, amma bunun nəticə vermədiyini vurğulayıb: “Ümid edirəm ki, bir gün Türkiyə bölgəyə qoşulacaq və hətta sözügedən layihədə iştirak edəcək. Münaqişə əvəzinə koordinasiyanı seçəcəyinə inanırıq. Ümid edirəm ki, münasibətlərini dəyişdirəcəklər. Türkiyə ilə əməkdaşlıq etməyə hazırıq. Türkiyəni regional partnyor kimi görmək istəyirik”.

“Eastmed” layihəsi Aralıq dənizinin şərqindən çıxarılan qazın Yunanıstan üzərindən İtaliyaya çatdırılmasını planlaşdırır.

Sözügedən layihənin 6-7 il ərzində tamamlanması və 7 milyard dollara başa gəlməsi gözlənilir.

Avropa İttifaqı layihəyə dəstək verir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər