17 Mart 2021 21:39
858
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rəsmi Pekin ABŞ-ın Honkonq məsələsi ilə bağlı Çin rəsmilərinə yeni sanksiyalar tətbiq etməsinə sərt etiraz edir və bu qərarı qınayır.

Teleqraf.com xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin rəsmisi Cao Licien martın 17-də keçirdiyi mətbuat konfransında Honkonqun seçki sisteminin dəyişdirilməsi ilə əlaqəli olan Çinin 24 rəsmisinə Vaşinqtonun maliyyə sanksiyaları tətbiq etməsinə münasibət bildirərkən belə deyib.

"Bu, ABŞ-ın Honkonqu narahat etmək və Çinin inkişafını ləngitmək niyyətini üzə çıxarıb", - deyən Cao Licien əlavə edib ki,

Pekin Birləşmiş Ştatların bu qərarına lazımi cavab verəcək.

Qeyd edək ki, Çinin ali qanunverici orqanı olan Xalq Nümayəndələri Yığıncağının illik sessiyasının martın 11-dəki son iclasında Honkonq xüsusi inzibati ərazisində seçki sisteminin təkmilləşdirilməsinə dair qərar səs çoxluğu ilə qəbul olunub. Rəsmi Pekin 9 maddəlik sənədin Honkonqun baş icraçısının və Qanunverici Şuranın üzvlərinin seçim qaydalarının təkmilləşdirməyə xidmət etdiyini bəyan edir.
Bəzi xarici siyasətçilər seçki islahatının Honkonqun muxtariyyətinə birbaşa hücum olması ilə bağlı iddialar səsləndiriblər. ABŞ-ın Çin rəsmilərinə Honkonq məsələsi ilə bağlı sanksiyalar tətbiq etməyə başlaması Co Baydenin Prezidentliyi dövründə Çin və Birləşmiş Ştatların yüksək vəzifəli şəxsləri arasında Alyaskada keçiriləcək ilk görüş ərəfəsində açıqlanıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər