Ukrayna Prezidenti Vladimir Zelenskinin Türkiyəyə səfəri gözlənilir.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin “Hüriyyət” qəzeti məlumat yayıb.
Nəşr səfərin aprelin 10-da baş tutacağını yazıb.
Səfərdən əvvəl Ankaradan Ukrayna və Rusiya arasındakı son gərginliyə dair ilk açıqlama verilib.
Bir Türkiyə rəsmisi qəzetə açıqlamasında Ankaranın prosesləri yaxından izlədiyini bildirib:
“Ankara prosesi yaxından izləyir. Hədəf davamlı atəşkəsə nail olmaqdır. Sülhün təmin olunması üçün həmişə hüquq normalarına riayət edilməsinin tərəfdarıyıq. Türkiyə yerləşdiyi bölgədə sabitliyin təmin olunması üçün səylərini davam etdirir”.
Qeyd edək ki, Vladimir Zelenski bundan əvvəl Rusiyanın Ukrayna ilə sərhəd bölgələrindəki hərbi qüvvələrinin sayını artırdığını açıqlayıb. Ölkə lideri bu məsələni NATO baş katibi Yens Stoltenberqlə müzakirə edib.