15 Aprel 2021 12:28
1 323
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Amerika hərbi gəmilərinin Bosfor boğazından Qara dənizə keçidinin ləğvi ilə bağlı məlumatlara cavab verib.

Teleqraf.com xəbər verir ki, açıqlamada Pentaqonun bölgədəki vəziyyəti yaxından izləməyə davam etdiyi bildirilib.

“Gəmilərlə bağlı yayılan məlumatlardan xəbərdarıq, lakin təhlükəsizlik səbəbindən bu cür əməliyyatların detallarını müzakirə etmirik. Müntəzəm olaraq Qara dəniz və bölgədəki bir çox digər ərazilərdə işləyirik”, - açıqlamada qeyd olunub.

Bundan əvvəl Türkiyə Xarici İşlər Nazirliyindəki bir mənbə yerli mətbuata ABŞ-ın iki hərbi gəmisinin Qara dənizə göndərilməsinin ləğvi barədə Ankaraya xəbər verdiyini yazıb. Plana görə, döyüş gəmiləri 4-5 may tarixlərinə qədər Qara dənizdə qalmalı idi.

ABŞ-ın hərbi gəmilərini Rusiya sərhədlərinə göndərməyi planlaşdırması aprelin 8-də məlum olub. CNN-in məlumatına görə, Ağ Ev Ukraynaya dəstək vermək üçün yaxın bir neçə həftə ərzində Qara dənizə hərbi qüvvələr göndərməyi planlaşdırır. Pentaqon bu məlumatı təsdiqləməyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər