16 Aprel 2021 08:25
857
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Türkiyə ilə hava nəqliyyatında məhdudiyyətlər tətbiq etməsi fonunda Türkiyəyə turizm axınının artırılmasının tərəfdarı olduğunu bildirib.

Teleqraf.com xəbər verir ki, o, bu barədə özünün feysbuk səhifəsində yerləşdirdiyi videomüraciətində bildirib.

"Ruslar dedilər ki, onlar Rusiya Federasiyasından Türkiyəyə turizmi məhdudlaşdıracaqlar. Yaxşı, bu onların şəxsi işləridir və düşünürəm ki, (turizm axınını-red) artırmalı və Türkiyəni dəstəklədiyimizi göstərməliyik”, - Ukrayna lideri deyib.

Aprelin 12-də Rusiyanın Operativ Qərargahı aprelin 15-dən Türkiyə ilə hava nəqliyyatını dayandırmaq barədə qərar qəbul edib. “Rosturizm”də bildiriblər ki, rusiyalıları Türkiyədən təxliyyə etməyəcəklər, onlar vətənə plan üzrə qayıda biləcəklər.

Rusiya aprelin 15-də Türkiyə ilə uçuşların ləğvi ilə əlaqədar olaraq turizm operatorlarına dəstək üçün əlavə tədbirləri təsdiqlədi.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər