20 Aprel 2021 18:45
844
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ukrayna rəhbərliyi Donbasda sabitliyi pozmağa çalışır”.

Teleqraf.com xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu nazirlikdə keçirilən kollegiya iclasında bildirib.

Onun sözlərinə görə, Rusiyanın cənub-qərb strateji istiqamətində hərbi-siyasi vəziyyət mürəkkəb olaraq qalır.

S.Şoyqu deyib ki, ABŞ və NATO paralel olaraq Qara dəniz akvatoriyası və hava məkanında təxribat törətməkdə davam edir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər