22 Aprel 2021 14:11
962
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Co Bayden qondarma erməni soyqırımını rəsmən tanımağa hazırdır, bunu yaxın gələcəkdə edə bilər.

Teleqraf.com xəbər verir ki, bu barədə “Wall Street Journal” ABŞ-ın rəsmi mənbələrinə istinadən məlumat yayıb.

Amerikalı rəsmilərin fikrincə, belə bir addım ABŞ və Türkiyə arasındakı münasibətləri daha da gərginləşdirə bilər.

Onlara görə, Bayden aprelin 24-də qondarma soyqırım qurbanlarının anma gününə həsr olunmuş ənənəvi bəyanatında 1915-ci il olaylarını “soyqırımı” adlandıracaq. Lakin nəşrin digər rəsmi mənbələri bu məsələ ilə bağlı son qərarın verilmədiyini, Baydenin də digər prezidentlər kimi ermənilərin iddialarını “soyqırımı” adlandırmadan simvolik bir açıqlama verə biləcəyini qeyd ediblər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər