5 May 2014 15:23
982
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Türkiyədə 17 dekabr əməliyyatından sonra vəzifələrindən istefa verən, rüşvət aldıqları iddia olunan 4 nazirin işi üzrə TBMM-də istintaq araşdırması keçiriləcək.

Müxalifətin istəyinə baxmayaraq Məclisdəki proses televiziyadan yayınlanmayacaq. Ümumi Şuranın qərarı ilə iclası yalnız internetdən, "www.tbmm.gov.tr" ünvanından canlı izləmək mümkün olacaq.

Qeyd edək ki, 17 dekabr istintaqının ardından, vəzifəsindən sui-istifadə və rüşvət iddiaları səbəbindən, istefa verən Zəfər Çağlayan, Egemen Bağış, Muammer Gülər və Ərdoğan Bayraktar haqqında Ali Məhkəməyə müraciət olunub. Ümumilikdə Məhkəməyə 5 iddia verilib. Onlardan dördü CHP, biri AKP - ye aid iddia irəli sürülüb.

Ülviyyə


Müəllif: