“G-7 ölkələri Rusiyaya qarşı ümumi mövqe və yanaşma müəyyən etməlidir”.
Teleqraf.com xəbər verir ki, bunu Yaponiyanın Xarici işlər naziri Toşimitsu Moteqi G-7 ölkələrinin baş diplomatlarının plenar iclasında deyib.
Nazir “Böyük yeddilər”in Rusiyaya qarşı birgə əməkdaşlıq etməli olduğunu bildirib.
İclasda Rusiya və Ukrayna arasındakı münasibətlərin kəskinləşməsi müzakirə edilib. Bundan əlavə, nazirlər Çinə aid bir sıra məsələlərə, xüsusilə Sincan Uyğur Muxtar Bölgəsindəki insan haqları problemlərinə diqqət yetiriblər.