Bu həftə Yaxın Şərqdə baş verən şiddətli hücumlardan sonra ABŞ-ın Nyu York şəhərində İsrail və Fələstin tərəfdarları arasında toqquşma baş verib.
Teleqraf.com xəbər verir ki, Nyu York polisi bir-birinə fiziki güc tətbiq edən qrupları ayırmağa çalışıb.
Qeyd edilib ki, Fələstini dəstəkləyən daha böyük etirazçı qrup küçələrə çıxaraq yürüş keçirib. Təhlükəsizlik tədbiri olaraq, İsrailin şəhərdəki Konsulluğunun işçiləri evlərinə göndərilib.