Avropa Birliyi Belarusu Rusiyanın əlinə vermək istəmir və ölkəni Avropaya yaxınlaşdırmağa çalışır.
Teleqraf.com xəbər verir ki, bunu Avstriya Xarici işlər naziri Aleksandr Şallenberq deyib.
Diplomat Belarusun Avropa Birliyi ilə yaxınlaşmasının Avropa üçün strateji məsələ olduğunu bildirib.
Nazir indiki məqamda “Ryanair” aviaşirkətinin sərnişin təyyarəsinin Minskə məcburi endirilməsinə görə Belarus üçün qitənin hava məkanını bağlamağı və yeni sanksiyalar tətbiq etməyi lazım bilir.
Şallenberq Belarus xalqının Prezident Aleksandr Lukaşenkodan qorxduğunu deyib.