ABŞ Prezidenti Co Bayden administrasiyası Suriyadakı neft bölgəsinə dair yeni addım atmağı planlayır.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ mediasına adını açıqlamaq istəməyən dövlət rəsmisi deyib.
Bayden hökuməti Tramp dövründə Suriyadakı neft sahələrində iş görə bilməsi üçün "Delta Crescent Enerji" adlı ABŞ şirkətinə verilən imtiyazı uzatmamaq qərarı alıb.
ABŞ Maliyyə Nazirliyi sanksiya çərçivəsində ABŞ firmalarının Suriyada enerji sahəsində fəaliyyət göstərməsini qadağan etməsinə baxmayaraq Tramp hökuməti 2020-ci ilin aprelində "Delta Crescent Enerji" şirkətinə Suriyada işləmək üçün yaşıl işıq yandırmışdı.