ABŞ Rusiyaya Ukraynanın şərqinə qoşun yeritməklə bağlı xəbərdarlıq edib.
Teleqraf.com-un məlumatına görə, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının xüsusi açıqlamasında bildirilir.
Bəlli olduğu kimi, Ukraynanın rusiyayönlü separatçıların nəzarətində olan bölgəsində seçkilər keçirilib. Özlərini Luqansk və Donetsk vilayətlərinin rəsmiləri elan edən şəxslər bu seçkilərdə qondarma “xalqlar respublikası”üçün xalqlar şurası və liderlər seçəcəklər.
Açıqlamaya görə, ABŞ separatçı Donetsk və Luqansk Xalq respublikalarında keçirilən seçkiləri tanımır və Rusiyanı qeyri-qanuni seçkilərin nəticələrindən istifadə edərək Ukraynaya qoşun və hərbi texnika yeritməməyə çağırıb və xəbərdarlıq edib.
Ukrayna höküməti, ABŞ, Avropa Birliyi və BMT Baş Katibi Pan Gi Mun bu seçkiləri qeyri legitim adlandırıb.