4 İyun 2021 10:44
1 813
12 Punto 14 Punto 16 Punto 18 Punto

“National Interest” qəzetininin amerikalı siyasi analitiki Mark Episkopos Rusiya ilə hərbi qarşıdurma vəziyyətində Ukraynanın şansını qiymətləndirib.

Teleqraf.com xəbər verir ki, analitik Kiyevdə Rusiyanın raket sistemlərinin qarşısını ala biləcək müdafiə komplekslərinin olmadığını iddia edib.

O, Krımda quraşdırılmış “S-400” raket komplekslərinin Ukrayna əraziləri üçün ciddi təhlükə yaratdığını, 400 kilometr məsafədəki hədəfləri vurmağı bacardıqlarını deyib. Eyni zamanda, Rusiya ordusunun arsenalındakı “Su-35” qırıcılarının düşmən aviasiya və əsas infrastrukturlarını asanlıqla vura biləcəyinə diqqət çəkib.

Bundan əlavə, Kiyevdə Rusiyanın “T-90A” və 2S19 “Msta” özüyeriyən haubitsalarına tab gətirmək üçün kifayət qədər tankının olmadığını söyləyib.

“Rusiyanın böyük hava üstünlüyü və müasir raket əleyhinə müdafiə sistemlərini nəzərə alaraq, Ukrayna ordusu bu sistemlərin yaratdığı təhlükəyə qarşı problemlərlə üzləşəcək”, - Episkopos deyib.

Bununla belə, bölgədə güc balansını dəyişdirə biləcək beynəlxalq müdaxilənin olacağını da istisna etmədiyini vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər