Ukraynanın şərqində rusiyapərəst separatçılar tərəfindən keçirilmiş seçkilər qeyri-qanunidir.
Teleqraf.com BBC-yə istinadən xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) xarici siyasətinin rəhbəri Federika Mogherini açıqlayıb. Onun sözlərinə görə, bu seçkilər sülhə doğru yolda yeni əngəl olacaq.
Mogherini səsvermənin nəticələrinin Aİ tərəfindən tanınmayacağını bəyan edib.
Qeyd edək ki, separatçıların keçirdiyi səsvermə nəticəsində Donetskdə regional lider Aleksandr Zaxarçenko, Luqanskda isə İqor Plotnitski seçiliblər. Kiyev höküməti Donetsk və Luqansk regionlarında keçirilmiş seçkiləri saxta adlandırıb. Rusiya isə xalqın iradəsinə hörmət etdiyini bildirib.
Samir